Rusiya dərman ixracını dayandırıb

Rusiya əczaçılıq şirkətləri dərman ixracatını dayandırıblar. Bu, dərman preparatlarına pasport verən qurumun indiyə kimi müəyyən edilməməsi ilə bağlıdır.
Rusiya Əczaçılıq İstehsalçıları Assosiasiyası bildirir ki, bu, bağlanmış sazişlərin dayandırılmasına və maliyyə itkilərinə səbəb olub. Qurum çətinliklər barədə hələ 1 ay əvvəl xəbər vermişdi. Çətinlik bu ilin əvvəlindən Rusiya ərazisində GMP standartlarına keçidlə bağlıdır. Dərman istehsalına lisenziya yalnız GMP standartlarına uyğun şəkildə veriləcək. Artıq müddətsiz lisenziya almış müəssisələr isə dövlət inspeksiyasından keçərək bunu təsdiq etməlidir. 2012-ci ilin göstəricilərinə görə, Rusiyadan 636 milyon dollarlıq əczaçılıq vəsaiti ixrac edilib. (ANS)