Rostovda dəhşətli QAR ÇOVĞUNU

AzNews.az İTAR-TASS-a istinadən xəbər verir ki, Rostov - Don girişində federal magistral M4-də ("Don") qar yığını iritonnajlı furaların tıxacına səbəb olub.

Tıxacda ilişib qalan maşınların sürücülərinin yemək və istilik problemləri dövlət səviyyəsində - Fövqaladə Hallar Nazirliyi tərəfindən həll edilir. Əsas tıxac Aksay körpüsü rayonunda qeydə alınıb. Yüklənmənin öz - özünə aradan qaldırılmasının mümkün olmadığına görə 495 - ci xilasetmə mərkəzinin iki yedəyi köməyə göndərilib.
Qar basması və çovğun digər magistrallarda - M19 "Novoşaxtinsk - Mayski - Ukrayna sərhəddi", M23 "Rostov - Taqanroq - Ukrayna sərhədi", M21 "Volqoqrad - Kamensk - Şaxtinski - Ukrayna sərhədi" magistrallarında da fasilələr və tıxaclar yaradıb.

Rostov vilayətində qar çovğunu barədə xəbərdarlıq edilib. Rastovda çovğun şəhərdə nəqliyyatın hərəkətini demək olar ki, iflic edib. Rostov beynəlxalq aeroportu havaya görə işini qurub. Rostov hidrometereoloji mərkəzi anomal hava şəraitinin səbəbini iki hava cəbhəsinin toqquşması ilə əlaqələndirir: şimaldan RF - nın cəınub regionlarına özü ilə soyuq hava daşıyan güclü antisiklonlar hərəkət edir, Qara dəniz akvatoriyasında isə aralıqdənizi siklonu toqquşur.

Əli
AzNews.az