Putin Ukraynanın daxili işlərinə qarışmayacağına söz verib

Rusiya prezidenti Vladimir Putin Rusiya-AB sammitinin yekunlarına dair keçirilən mətbuat konfransında Moskvanın Ukraynanın daxili işlərinə müdaxilə etməyəcəyini bildirib. APA-nın verdiyi xəbərə görə, bu barədə Rusiyanın "İnterfaks" agentliyi məlumat yayıb.

"Mən düşünürəm ki, Ukrayna xalqı özü hər şeyi qaydasına qoymaq iqtidarındadır. İstənilən halda Rusiya heç vaxt müdaxilə etməyəcək", deyə Putin vurğulayıb.

Rusiyanın Ukraynadakı münaqişədə vasitəçi rolu ilə bağlı jurnalistlərin sualına cavab verən prezident Putin qeyd edib ki, Kiyev çətin ki vasitəçiliyə ehtiyac duysun.

"Vasitəçilər nə qədər çox olsa, problemlər də o qədər çox olacaq", deyə Putin əlavə edib.


AzNews.az