Ermənistanda restoran sahibi güllələndi

Erməni iş adamı öz restoranı önündə vurulub.

ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistanın paytaxtı İrəvandakı "Lili" restoranının sahibi Qriqor Xaçatryan naməlum şəxs tərəfindən güllələnib.

Yaralanan restoran sahibi yaxınlıqdakı xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar qanunsuz silah saxlama və qəsdən adam öldürmə maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, İrəvanda bundan bir neçə müddət əvvəl də oxşar hadisələr baş vermişdi. Ümumiyyətlə, Ermənistanda bu cür silahlı insidentlər tez-tez baş verir.



AzNews.az