Ermənistan və Gürcüstan hərbi əməkdaşlıq proqramını imzalayıb

Ermənistanın və Gürcüstanın Müdafiə Nazirlikləri bu gün 2014-cü ildə hərbi əməkdaşlıq proqramını imzalayıb.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Gürcüstan müdafiə nazirinin müavini Mixeil Darçiaşvilinin başçılığı ilə nümayəndə heyəti 28-29 yanvarda Ermənistanda olub. M. Darçiaşvili Ermənistanın müdafiə naziri Seyran Ohanyanla və baş nazir müavini David Tonoyanla görüşlər keçirib.

Tərəflər arasındakı görüşlərin gedişatında iki ölkənin müdafiə inazirləri arasında əməkdaşlığın səviyyəsinin genişlənilməsi perspektivləri müzakirə edilib. Həmçinin çoxtərəfli formatlarda qarşılıqlı əlaqə imkanları müzakirə olunub.

2014-cü ilin hərbi əməkdaşlıq proqramına qarşılıqlı səfərlər, hərbi siyasət sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi, sülhməramlı fəaliyyət və digər məsələlər daxildir.


AzNews.az