ABŞ kəşfiyyatı: “Yanukoviç güc tətbiq edəcək”


Ukrayna prezidenti Viktor Yanukoviç hakimiyyəti saxlamaq üçün güc tətbiq edəcək. Bunu ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapper bildirib.

AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın baş kəşfiyyatçısı Yanukoviçin vəziyyəti öz xeyrinə dəyişdirmək üçün hətta qanunsuz vasitlərə əl atacağını istisna etməyib.

Klapperin fikrincə, bu, ölkədə demokratik normaların erroziyasına səbəb olacaq.

Elnarə
AzNews.az