Yanukoviç məzuniyyətə getdi


Ukrayna prezidenti Viktor Yanukoviç müalicə olunmaq məqsədilə məzuniyyətə gedib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Tibbi Məsələlər üzrə Dövlət İdarəsinin müdir müavini Aleksandr Orda məlumat verib.

Ordanın sözlərinə görə, prezidentin yüksək hərarəti var və buna görə də müalicəyə ehtiyac duyulub.

Elnur
AzNews.az