Qar fırtınası 13 nəfərin ölümünə səbəb oldu


ABŞ-ın qərbində qar fırtınası səbəbindən 13 nəfər həlak olub.

AzNews.az "USA Today"a istinadən xəbər verir ki, həlak olanların bir çoxu fırtına səbəbindən baş verən qəzalarda həlak olub.

Qar fırtınasına görə 6 ştatda fövqəladə vəziyyət elan edilib. Artıq 2 min uşaq hava şəraitinə görə məktəblərdə köməksiz qalıb.

Təyyarə reysləri təxirə salınıb, yollar bağlanıb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Elnur
AzNews.az