05:56
(077) 610-22-33

Erməni politoloq: “Rusiya Azərbaycana silah satıb düşmənimizi gücləndirir“

  • >
866 30 Yanvar 2014 19:26 | Region

"Rəsmi Bakı Rusiyanın ağır vəziyyətindən istifadə edərək, öz şərtlərini qəbul etdirmək istəyir".

Bu açıqlama ilə erməni politoloqu Manvel Sərkisyan çıxış edib.

O, Azərbaycanın Rusiyaya öz şərtlərini qəbul etdirmək istədiyini bildirib: "Bu, Azərbaycanın əvvəldən adını çəkdiyi hərbi diplomatiyadır. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşündən sonra Elmar Məmmədyarov deyir ki, hər şey ərazi bütövlüyümüz çərçivəsində həll olunacaq. İndi də Ukrayna hadisələrindən istifadə edərək Rusiyaya şərtlərini qəbul etdirməyə çalışırlar. Rusiya Azərbaycana silah satıb düşmənimizi gücləndirir. Artıq bu ölkəylə münasibətlərə baxmaq vaxtı gəlib çatıb".

Qeyd edək ki, bu gün politoloq Vəfa Quluzadə saytımıza açıqlamasında Ukraynadakı hadisələrin cəbhədəki gərginliklə əlaqəli olduğunu bildirmişdi. O, rəsmi Kremlin bununla Qərbə mesaj göndərdiyini demişdi.

Xatırladaq ki, yanvarın 20-dən etibarən cəbhənin təmas xəttində gərginlik yaşanır.(Axar.az)
Bağla X