17:18
(077) 610-22-33

Rusiyanın Qarabağ çağırışı: “Əlavə tədbirlər görülsün“

  • >
1 201 30 Yanvar 2014 22:20 | Region

Rusiya Dağlıq Qarabağ ərazisində vəziyyətin gərginləşməsindən narahatdır və münaqişə tərəflərini sərhəddə vəziyyəti sabitləşdirmək üçün əlavə tədbirlər görməyə çağırır.

Bu barədə Trend Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Məlumatda deyilir: "Dağlıq Qarabağ münaqişəsi ərazisində vəziyyətin gərginləşməsindən narahatıq. Son günlər sərhəddə və təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçular arasında ölənlər var. Dinc sakinlər arasında yaralananların olduğu bildirilir.

Hesab edirik ki, gələcəkdə gərginliyin artması halında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi üçün mənfi nəticələr qaçılmaz olacaq. 2013-cü il noyabrın 19-da Vyanada Azərbaycan-Ermənistan sammitində əldə edilmiş razılaşmaların həyata keçirilməsi ciddi şəkildə çətinləşə bilər.

Münaqişə tərəflərini vəziyyətin sabitləşdirilməsinə yönəldilmiş əlavə tədbirlər görməyə çağırırıq. Bu tədbirlər sırasına 1995-ci il 4 fevral tarixli atəşkəs rejiminin möhkəmləndirilməsi haqqında razılaşmada nəzərdə tutulmuş mexanizmlərin işə salınması da daxildir".

Qeyd edək ki, son günlər cəbhə xəttində ciddi gərginlik yaşanır. Erməni silahlı birləşmələri tərəfindən atəşkəs rejiminin pozulması halları dəfələrlə artıb. Hətta ermənilərin kəşfiyyat-diversiya qrupları Azərbaycan ərazilərinə girərək əməliyyatlar aparmağa çalışıblar. `

Bu zaman onların çoxlu sayda itki verdikləri bildirilir. Eyni zamanda, atəşkəsin tez-tez pozulması nəticəsində Azərbaycan Ordusunun iki zabiti şəhid olub. Yanvarın 28-də isə ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində qoşunların təmas xəttini keçməyə cəhd edərkən ələ keçirilib.

AzNews.az
Bağla X