Müxalifət liderinin oğurlanma səbəbi məlum oldu


"Avromaydan" liderlərindən biri olan Dmitri Bulatovun oğurlanmasının səbəbi məlum olub.


AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Bulatovun oğurlanmasında məqsəd Maydan aksiyalarını maliyyələşdirən mənbəni öyrənmək olub. Bulatovun yaxın dostu Sergey Poyarkovun sözlərinə görə, Bulatovdan bu məlumatı almaq üçün ona işgəncə veriblər.

Qeyd edək ki, müxalifəti dəstəkləyən iş adamı Petr Poroşenko Bulatovla başqa bir müxalifət fəalı- İqor Luçenkonun oğurlanmasının bir-biri ilə bağlı olduğunu bildirib. Biznesmenin sözlərinə görə, hər iki hadisəni eyni adamlar törədib.

Xatırladaq ki, Luçenko yanvarın 21-də oğurlanıb. Lvovdan yoxa çıxan başqa bir müxalifət fəali Yuri Verbitcki isə daha sonra Kiyev vilayətində ölü tapılıb.

Dmitri Bulatov isə yanvarın 22-də yoxa çıxıb. O, yanvarın 31-də Kiyev yaxınlığındaki kəndlərin birindən tapılıb. Müxalifətçini oğurlayan şəxslər ona işgəncə verərək daha sonra yolda atıblar. Bulatov çətinliklə yaxınlıqdakı kəndə gedərək özü barədə məlumat verib.

Elnarə
AzNews.az