Fətullah Gülənin yeni səs yazısı yayıldı: AKP çökəcək - AUDİO

Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanla Fəthullah Gülən arasında baş verənlərin diqqət mərkəzində olduğu bir zamanda G.Gülənin yeni səs yazısı ortaya çıxıb.


AKP-dən olan millət vəkillərinin bundan əvvəl yayımlanan, "Sabah" qəzeti və ATV-nin satışı ilə əlaqədar danışıqların yer aldığı səs yazısından sonra F.Gülənin səs yazısının yayılması təsadüfi hesab edilmir. Belə ki, bunu AKP-li deputatların səs yazısını yayan "Camaat" üzvlərinin hərəkətinə qarşılıq olduğu deyilir.

Yeni kasetdə F.Gülənlə söhbət edən şəxs bir neçə iş adamının adını çəkir.

Yeni səs yazmasında 70-ə yaxin millət vəkilinin AKP-dən istefa verəcəyi bildirilir. Həmçinin yeni bir partiyanın yaranacağı, yeni partiyanın seçkilərdə 30 faiz səs toplayacağı vurğulanır.



Elnur
AzNews.az