Moskvada etiraz aksiyası iştirakçıları saxlanılıb

Moskvada müxalif "Druqaya Rossiya" hərəkatının üzvləri icazəsiz etiraz aksiyası keçirməyə cəhd ediblər.


APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hərəkatın lideri Eduard Limonov daxil olmaqla, Moskva icra hakimiyyəti ilə razılaşdırılmamış mitinq keçirməyə cəhd edən 25 nəfər saxlanılıb və polis idarəsinə aparılıb.

"Druqaya Rossiya" hərəkatının üzvləri hər ayın 31-i Rusiya Konstitusiyasının vətəndaşlara sərbəst toplaşmaq hüququna zəmanət verən 31-ci maddəsini müdafiəsinə həsr edilən aksiyalar keçirir.

Moskva icra hakimiyyəti, bir qayda olaraq, müxalifətə mitinq keçirməyə icazə vermir.


AzNews.az