İraq “qan gölü“nə döndü: 1013 ölü, 2000 yaralı

İraqda təkcə yanvar ayı ərzində terror aktları və silahlı hücumlar nəticəsində 1013 nəfər ölüb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölənlərdən 122 nəfəri hərbi qulluqçu, 96 nəfəri hüquq- mühafizə orqanlarının əməkdaşıdır. Qalan 795 nəfər isə mülki vətəndaşdır.

Ötən ay yaralananların sayı 2 mindən çox olub. Yaralananlar arasında da say çoxluğu mülki vətəndaşlarla bağlıdır- 1633 nəfər.

Terror aktları və silahlı hücumlar nəticəsində 238 hərbi qulluqçu və 153 hüquq-mühafizə xidməti əməkdaşı da yaralanıb.

Elnur
AzNews.az