Ukraynada hakimiyyət çevrilişi ilə bağlı cinayət işi açıldı


Ukraynanın Təhlükəsizlik Xidmətində hakimyyətin zəbt olunmasına cəhdlə bağlı cinayət işi açılıb.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı "112 Украина" telekanalına müsahibəsində Təhlükəsizlik Xidmətinin istintaq qrupunun rəhbəri Maksim Lenko bildirib.

Müxalifət partiyalarının ofisində dekabrın 9-da aparılan yoxlamanın nəticələrindən danişan M.Lenko tapılan qovluqlar arasında hadislərin güc yolu ilə inkişafına dair bəzi materialların olduğunu vurğulayıb.

Elnur
AzNews.az