08:12
(077) 610-22-33

Dağıstanda məscidə silahlı basqın zamanı ölən şəxs azərbaycanlıdır

  • >
620 20 Avqust 2012 16:08 | Region

Ötən gün Dağıstan ərazisində naməlum şəxslər tərəfindən Xasavyurddakı şiə məscidində törədilən silahlı basqın zamanı ölən şəxsin azərbaycanlı olduğu üzə çıxıb. ANS TV-nin Lənkəran bürosunun verdiyi məlumata görə, həlak olan şəxs Astara rayon sakini 17 yaşlı Cəfərov Elmin Elxan oğludur. Ümumilikdə isə hadisə zamanı yaralanan 8 nəfər də azərbaycanlıdır.


Onlar Lənkəran və Astara rayonu sakinləridir. Xatırladaq ki, ötən gün axşam namazından sonra 2 naməlum silahlı şəxs Xasavyurddaki şiə məscidinə daxil olub və içəridə olanlara atəş açıb. Nəticədə 6 nəfər yaralanıb. Ərazidə quraşdırılmış 2 partlayıcı qurğudan 1-nin işə düşməsi nəticəsində isə partlayış baş verib. Hadisə Ramazan bayramı günü 20:50 radələrində Xasavyurd şəhəri Maqudov küçəsi 87-də yerləşən şiə məscidində törədilib.

Naməlum silahlıların üzü maskalı olduğu bildirilir.17 yaşlı Cəfərov Elminin anasın Gülarə Cəfərovanın dediyinə görə, ayağından və qarnından 6 güllə yarası alıb, xəstəxanaya çatmamış vəfat edib. Hadisə zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların 2 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralananların soyadları; Mirsəmədov, Kazımov, Tanrıverdiyev, Musabəyov, Şakirov, Əbdürəhmanov, Tamirov. Hadisə ilə bağlı hüquq mühafizə orqanları axtarış aparır. Onuda qeyd edək ki, Elxan ailənin tək oğul övladıdır. Onlar çox ağır vəziyyətdə yaşayırlar. Elə maddi ehtiyac ucbatındanda bir neçə müddətdir ki, Dağıstanda işləyirdilər. Mərhum artıq torpağa tapşırılıb.


AzNews.az

Bağla X