03:41
(077) 610-22-33

İranda yenilik - Amnistiya verildi

  • >
383 21 Avqust 2012 10:56 | Region

İranın ali lideri ayətullah Əli Xamneyi Ramazan bayramı münasibətilə amnistiya elan edib. Müraciətdə bir sıra siyasi, hərbi və mülki cinayətlərə görə amnistiya elan edilməsini istəyib və ali lider bu haqda fərman imzalayıb.

AzNews.az İSNA agentliyinə istinadən xəbər verir ki, amnistiya qərarı ilə bir il müddətinə azadlıqdan məhrum edilmiş şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad olunub. Bir ildən beş ilədək müddətə azadlıqdan məhrum edilmiş şəxslərin cəzaları yarıyadək azaldılıb. Beş ildən 15 ilədək müddətə azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının üçdə bir hissəsi bağışlanıb.


Ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar. Himayəsində azyaşlı uşaqlar olan məhbus qadınlar cəzalarının çəkilməmiş hissəsindən azad olunub. Sağalmaz və yolxucu xəstəliklərdən zəiyyət çəkən məhkumlar da amnistiya qərarı ilə bağışlanıblar.

Pul cəriməsi və azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 18 yaşdan aşağı olan yeniyetmələr, yaşı 65-dən çox olan kişi və 50-dən artıq olan qadın məhkumlar da cəzadan azad olunurblar.


Borcu ödəmədiyi üçün məhkum olunmuşlar və 6 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxslərə də amnistiya tətbiq olunaraq cəzadan azad ediliblər. Amnistiya qərarı ilk dəfə cinayət törədərək ömürlük azadlıqdan məhrum edilmiş şəxslərlərə də şamil edilib. Amnistiya qərarı silahlı basqın, silah və narkotik qaçaqmalçılığı, vətənə xəyanət, milli təhlküəsizlik əleyhinə, adam oğurluğu, zorlama, insan alveri, külli miqdarda dələduzluq, pul və qiymətli kağızların saxtakarlığı cinayətləri törədərək 5 ildən 15 ilədək azadlıqdan məhrum edilmiş şəxslərə şamil olunmur.

AzNews.az

Bağla X