22:54
(077) 610-22-33

Rusiyadan təkzib gəldi

  • >
576 21 Avqust 2012 13:25 | Region

Suriyada Rusiya istehsalı kimyəvi silahlar yoxdur



ABŞ prezidenti Barak Obamanın bəyanatına Rusiyadan cavab gəldi. Kimyəvi Silahlar üzrə Federal Agentliyin müavini Vladimir Mandik mətbuata bəyanatla bağlı açıqlamasında qeyd edib ki, Suriyada Rusiya istehsalı kimyəvi silahlar yoxdur.


AzNews.-ın az en.rian.ru saytına istinadən verdiyi xəbərə görə, Mandik açıqlamasında vurğulayıb ki, "Suriya kimyəvi silahlarla bağlı konvensiyaya qoşulmayan ölkələr arasındadır. Bu səbəbdən də, bu ölkəyə rus istehsalı kimyəvi silahlar göndərilə bilməz".


Qeyd edək ki, ABŞ prezidenti Suriyada kimyəvi silahların olması barədə narahatlığını dilə gətirmiş və əlavə etmişdi ki, bu cür silahlardan istifadə edilərsə, ABŞ Suriyaya birbaşa hərbi müdaxilədən çəkinməyəcək.

Hesab edilir ki, Suriyada bir neçə növ kimyəvi silah vardır ki, ən təhlükəliləri Sarin və Tabundur. Ölkənin VX kimyəvi silahını da hazırladığı iddialar arasındadır.

Sadiq

AzNews.az

Bağla X