İran Ermənistan banklarında şübhəli əməliyyatlar aparır

İran rəsmiləri Ermənistan hakimiyyəti ilə əlaqələri genişləndirməklə beynəlxalq sanksıyalardan yaxa qurtarmağa cəhd göstərir. AzNews.az-ın "Röyters"ə istinadən verdiyi məlumata görə, son zamanlarda ABŞ-ın təhlükəsizlik qurumlarının İranın maliyyə əməliyyatlarına həssaslıqla yanaşması və bu ölkəyə qarşı sanksiyaların icrasına diqqətin artması beynəlxalq səviyyədə maliyyə dövriyyəsi əməliyyatlarını xeyli dərəcədə məhdudlaşdırıb.


İran rəsmiləri bu problemləri və beynəlxalq təcridolunmanı aradan qaldırmaq məqsədi ilə Ermənistanla əlaqələri genişləndirməyə çalışır. Məlumatda həmçinin bildirilir ki, Avropa Birliyi ilə əlaqələrini genişləndirməyə çalışan Ermənistan İranın bu məqsədi üçün ən asan yol hesab olunur.

Ermənistan rəsmiləri isə məlumatların düzgün olmadığını iddia edir. Bu ölkənin Mərkəzi Bankının verdiyi məlumata görə, bütün banklara şübhəli bank əməliyyatlarının aparılmasında diqqətli olmaları tapışırılıb.


Alpər

AzNews.az