ABŞ İrana qarşı sanksiyaların bir qismini dayandırdı

ABŞ Maliyyə Nazirliyindən verilən məlumata görə, İranın zəlzələdən zərər çəkən bölgəsinə 45 gün müddətinə xeyriyyə fəaliyyəti ilə məşğul olan qurumlar və QHT-lər tərəfindən 300 min dollara qədər pul göndərməyə icazə verilir.


Məlumatda bildirilir ki, bu məbləğdən artıq pul göndərmək istəyənlər ayrıca lisenziya almalıdırlar. İndiyə qədər İranın zəlzələdən əziyyət çəkən bölgələrinə yalnız qida və dərman göndərmək mümkün olurdu.

Bu icazə ABŞ-da yaşayan bir sıra Güney azərbaycanlılar və bəzi kongresmənlərin fəaliyyəti nəticəsində əldə edilib.


Alpər

AzNews.az