Tehran ən çox boşanmanın qeydə alındığı şəhərdir

İranın Əhalinin Qeydiyyatı İdarəsinin əhalininin statistikası bölməsinin rəisi Əli Əkbər Məhzun "Mehr" xəbər agentliyinə verdiyi məlumatda bildirib ki, İranda istifadə olunan Günəş ilinin ilk 3 ayının (aprel-iyun) göstəricilərinə görə, ölkədə boşanmaların sayı kəskin dərəcədə artıb.


Ə.Ə Məzhunun sözlərinə görə, həmin dövrdə 224 min nikah bağlansa da 35 minə yaxın boşanma qeydə alınıb. Tehran ən çox boşanma hallarının qeydə alındığı şəhərdir.


Mütəxəssislərin fikrincə cütlərin bir- birini tanımaması və tanışlıq müddətinin az olması, ailələrin müdaxiləsi, narkomaniya, iqtisadi və ən əsası cinsi problemlər ailələrin dağılmasına səbəb olan amillərdir.


Alpər

AzNews.az