21:08
(077) 610-22-33

Saakaşvili: “Ruslar mənim Azərbaycana qaçmağımı istəyirdilər”

  • >
513 22 Avqust 2012 12:21 | Region

Gürcüstan prezidenti 2008-dəki avqust müharibəsi barədə: “Amerika gəmiləri artıq raketdaşıyıcılarını gətirirdilər”



Gürcüstan prezidenti Mixail Saakaşvili PİK telekanalına müsahibəsində 2008-ci ildə baş vermiş avqust müharibəsi ilə bağlı bir sıra maraqlı məqamlar açıqlayıb.Prezident Moskvanı kəskin tənqid edərək, deyib ki, Putin avqust ayında gürcü hakimiyyətinin taleyini birdəfəlik həll etmək istəyirmiş.


"Bütün təziyqlərə baxmayaraq, gürcü höküməti heç yerə qaçmadı. Bizə həmin günlərdə hər dəqiqə qaçıb getməyə eyham vururdular. Ruslar deyirdilər "gedin, sərhəd açıqdır, hava limanı da..". Ruslar Azərbyacana gedən yolu və hava limanını bombalamırdılar. Hökümətin getməsi üçün yolu bilərəkdən açıq saxlayırdılar. Ruslar ümid edirdilər ki, biz qorxub qaçacağıq"-deyə Saakaşvili deyib.


AzNews.az-ın modern.az-a istinadən veridiyi məlumata görə, Gürcüstan prezidenti vurğulayıb ki, o zaman Corc Buşun mövqeyi mühüm rol oynayıb. "Amerikalılar doğurdan da hərəkət edirdilər. Rusiya da bunu bilirdi. Rusiya yaxşı bilirdi ki, gələn gəmilər təkcə su daşımır. Mən indi bu barədə açıq danışıram. Ağır raketdaşıyıcılar gəlirdi. Onların hər biri ciddi hərəkətə qabil idilər. Bundan başqa, Türkiyədə və Rumıniyada olan hərbi bazalar tam döyüş hazırlığına gətirilmişdi. Amerikalılar o zaman çox qətiyyətli idilər. Moskva bunu yaxşı bilirdi".


Saakaşvili Vladimir Putinlə olan münasibətlərinə də toxunub. Gürcü prezidenti deyib ki, onlar qarşılıqlı etiket çərçivəsində davranıblar.

"Mənim onunla iki ciddi münaqişəm oldu. İlk dəfə milli təhlükəsizlik nazirini dəyişəndə Putin elə ilk görüşdə mənə dedi: "O bizim adamdır. Bilirsinizmi, onu qoruyun, bizim adamdır".

Bir neçə həftə sonra eks-naziri başqa işə keçirdik. Moskvada Putinlə görüşdə o soruşdu: "Hə, bizim adam orda necədi?". Mən dedim ki, onun vəzifəsini yüksəltmişəm, indi baş prokurorun müaivinidir". Putin ciddi və kəskin tonla "bu yüksəliş deyil" dedi və üzümə baxdı. Artıq birinci gərginlik üzə çıxdı".


Saakaşvili deyib ki, ikinci gərginlik Acarıstandakı böhran zamanı olub. Ruslar var gücləri ilə Acariyanın o zamankı rəhbəri Aslan Abaşidzeni getməməyə vadar edirmişlər. Böhran həll olunduqdan sonra Saakaşvili hörmət naminə Putinə telefon açaraq, ona məslənin qansız həllində göstərdiyi köməyə görə təşəkkür etmək istəyib.


Putin isə telefonda onun sözünü kobud şəkildə kəsərək "bu dəfə kömək elədik. Gələn dəfə Cənubi Osetiya və Abxaziya məsələsində heç bir kömək görməyəcəksiniz. Bunu yaxşı yadda saxlayın" deyib.


AzNews.az

Bağla X