Daha bir erməni həyasızlığı

Türkiyənin Van şəhərində yerləşən erməni kilsəsinin bərpa olunması da bu ölkəni qane etməyib.

AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə erməni mütəxəssis Samvel Karapetyan bildirib ki, bərpa işinə türk mütəxəssislər cəlb edilməli deyilmiş. Türklər Ermənistana gedib mütəxəssislər dəvət etməli imişlər ki, gəlib kilsəni bərpa etsinlər. Erməni mütəxəssis həyasızcasına hətta bildirib ki, onlar kilsəni evə bənzədiblər.

Doğurdan da ermənilər üçün istər tik istər sök nə fərqi. Türkiyənin bu cür xoşniyyətinə erməni cavabı bundan artıq da ola bilməzdi. Bəlkə də bu cür xoş niyyət heç lazım da deyil. Nəzərə alsaq ki, Dağlıq Qarabağda ermənilər nəinki məscidləri bərpa edir, hətta üzərinə xaç qoyub erməniləşdirirlər. Tarixi adlar və digər abidələrin aqibəti isə hər kəsə məlumdur.

Sadiq

AzNews.az