10 yaşlı uşaqların evləndirilməsi 3 dəfə artıb 10 yaşlı uşaqların evləndirilməsi 3 dəfə artıb

İranda 342 min evli uşaq var

10 yaşlı uşaqların evləndirilməsi 3 dəfə artıb



İran Uşaq Hüquqlarının Müdafiə Dərnəyinin verdiyi məlumata görə, son 3 ildə İranda 10 yaşdan az olan uşaqların evləndirilməsi halları 3 dəfə artıb. Dərnək təmsilçisi Fərşid Yəzdani "Mehr" xəbər agentliyinə bildirib ki, təkcə 2010-cu ildə 716 uşaq 10 yaşa çatmadan ailə həyatı qurub. Onun sözlərinə görə, sonuncu siyahıyaalmanın göstəricilərinə əsasən, hazırda İranda 18 yaşı olmayan 342 min evli uşaq var.

Onlardan 42 min nəfəri 10-14 yaş arasındadır. Ötən il Tehran şəhərində 10 yaşa çatmayan 75 qız və oğlan ailə həyatı qurub. Həmçinin 7440 nəfər 15 yaşa çatmadan evləndirilib. Belə evliliklərin 55 faizi şəhər yerlərində, 45 faizi isə kəndlərdə qeydə alınıb. İran qanunlarına əsasən evlilik yaşı 18 yaş müəyyənləşdirilib. Azyaşlıların evliliyi ancaq məhkəmə qərarı ilə mümkündür. Az yaşda evlənməyin əsas səbəbləri kimi iqtisadi problemlər, savadsızlıq və dini mövhumat göstərilir.

Alpər
AzNews.az