Yardım paylayan qrup həbs edildi

İranın Şərqi Azərbaycan bölgəsində baş verən zəlzələdən zərər çəkənlərə yardım aparan 5 nəfərdən ibarət qrup avqustun 22-də həbs edilib. Güneyli fəalların təmsil olunduğu qrup Vərziqan şəhərində özləri tərəfindən yaradılan yardım anbarlarında əhaliyə yardım paylayan zaman saxlanılıb.

Həbsin səbəbi kimi toplanan yardımların İnqilab Qvardiyasının əgərlərinə təhvil verməmək olduğu göstərilir. Fəallar isə yardımların İnqilab Qvardiyasının əsgərləri tərəfindən təyinatı üzrə paylanmadığını bildirərək yardım kompaniyasını özləri təşkil ediblər. Həbs olunanların harada saxlanıldığı barədə məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl də Təbrizdə təhlükəsizlik orqanları tərəfindən yardımları müsadirə ediolməsinə etiraz edən 4 milli fəal həbs edilmışdı.

Alpər
AzNews.az