06:28
(077) 610-22-33

İran nüvə silahını sınaqdan keçirdi

  • >
747 23 Avqust 2012 14:33 | Region

BAEA mütəxəssisləri araşdırmala başladı



Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amaneo avqustun 24-də İranla keçiriləcək müzakirələrdə müsbət nəticələr əldə edəcəyinə şübhə ilə yanaşdığını açıqlayıb.

Hazırda Finlandiyada olan Y.Amaneo "Müzakirələrin davam etməsinin və nəticələr əldə edilməsinin tərəfdarı olsam da, bu dönəm müzakirələrin uğurlu olacağına inanmıram. Amma buna baxmayaraq müzakirələrin uğurlu olamsı üçün əlimizdən gələni edəcəyik" deyə vurğulayıb. Onun səzlərinə görə, qurum İranın Parçın hərbi bazasına baş çəkmək istəsə də, İran bundan imtina edib.

Məlumatlara görə, İranın Parçin hərbi bazasından peyk vasitəsi ilə əldə edilən şəkillərdə şübhəli fəaliyyətlər müşahidə olunub. Şəkillərdə əvvəlcə yeni təsislərin tikilməsi, daha sonra onların dağıdılması və torpağın bazadan daşınması görünür. Bu əməliyyatlar BAEA mütəxəssislərində şübhələrə səbəb olub.

Onların fikrincə əməliyyatlar nüvə silahının sınağı məqsədi daşıyır. Qeyd olunan səbəblərə görə, adı çəkilən hərbi hissə BAEA mütəxəssislərinin diqqəti altındadır. İran isə öz növbəsində bu şübhələrin əsassız olduğunu bildirir.

Alpər
AzNews.az
Bağla X