Gürcüstan dövləti tələbələrin təhsilini maliyyələşdirəcək Gürcüstan dövləti tələbələrin təhsilini maliyyələşdirəcək

Gürcü tələbələri Ermənistanda oxuyacaq

Gürcüstan dövləti tələbələrin təhsilini maliyyələşdirəcək



Gürcüstan respublikası gürcü gənclərini Ermənistanda təhsil almağa təşviq edir. AzNews.az armtoday.info saytına istinadən xəbər verir ki, Gürcüstan Təhsil Nazirliyi artıq müsabiqə də elan edib. Müsabiqədə əsasən bakalavrlar iştirak edəcək və onlar təhsilin magistratura və doktorantura pillələrini Ermənistanda bitirəcəklər.

Verilən xəbərə görə, tələbə mübadiləsi, iki ölkə arasında təhsil sahəsində imzalanmış memorandum əsasında baş tutub. 10 Gürcüstan vətəndaşı dövlət hesabına Ermənistanda təhsil alacaq.

Sadiq
AzNews.az