16:17
(077) 610-22-33

Ermənilər yenə yardım ümidində

  • >
382 24 Avqust 2012 15:21 | Region

Erməni analar və uşaqları Braziliya hesabına qidalanacaqlar



Braziliya hökuməti UNİSEF-in Ermənistan ofisinə 100 min dollar yardım ayırıb. AzNews.az-ın newsarmenia.ru saytına istinadən verdiyi xəbərə görə, ayrılan məbləğ Ermənistan əhalisinin müdafiəyə ehtiyacı olan kəsiminə xərclənəcək. Braziliyanın Ermənistandakı səfiri Marsella Mariya Nikodemos bildirib ki, "onun ölkəsi bu yardımı ayırmaqdan, erməni uşaqlarına və analarına kömək etməkdən çox məmnundur".

UNİSEF-in İrəvan ofisinin nümayəndəsi Qenrietta Arens isə bildirib ki, ayrılan məbləğin əsas hissəsi erməni uşaqlarının və analarının qidalanmasına sərf olunacaq. O həmçinin əlavə edib ki, erməni analar və uşaqlar normal qidalana bilmədiklərindən bir çox problemlə üzləşirlər ki, bu da uşaqların inkişafdan qalmasına səbəb olur.

Qeyd edək ki, rəsmi statistikaya görə, erməni uşaqlarının 20 faizi yetərsiz qidalanma səbəbiylə 0-5 yaş arası inkişafdan geri qalırlar.

Sadiq
AzNews.az

Bağla X