23:18
(077) 610-22-33

Rusiyanın Ukraynaya qoşun yeritməsinə icazə verildi

  • >
1 248 1 Mart 2014 18:56 | Region

Rusiya parlamentinin yuxarı qanadı olan Federasiya Şurası Rusiyanın Ukraynaya qoşun yeritməsinə icazə verdi.

ANS PRESS-in məlumatına görə, senatorlar qərarı yekdilliklə qəbul ediblər və daha sonra o, qüvvəyə minib.

Bu gün Rusiya prezidenti Vladimir Putin Ukraynaya qoşun yeritmək üçün Federasiya Şurasına müraciət etmişdi.

"Ukraynada yaranmış qeyri-adi vəziyyətlə bağlı, Rusiya Federasiyasının vətəndaşlarının, bizim həmvətənlərimizin, Rusiya Silahlı Qüvvələrinin beynəlxalq saziş əsasında Ukrayna ərazisində (Krım Muxtar Respublikasında) dislokasiya edən şəxsi heyətinin həyatına yaranmış təhlükə ilə bağlı Rusiya Federasiyasının Konstitusiyasının 102-ci maddəsinin 1 hissəsinin "q" bəndinin əsasında Federasiya Şurasına Ukraynada ictimai-siyasi vəziyyət normallaşana qədər Rusiya Silahlı Qüvvələrinin bu ölkənin ərazisində istifadə edilməsi ilə bağlı müraciət təqdim edirəm", - deyə sənəddə bildirilirdi.

AzNews.az
Bağla X