İran nüvə silahının istehsalından imtina etdi - VİDEO

İran prezidenti Həsən Ruhani ölkəsinin nüvə silahının istehsalından imtina etdiyini bildirib. "Reuters" agentilyinin məlumatına Ruhani bu sözləri müdafiə nazirliyində keçirilən görüş zamanı bildirib. İran prezidenti bu qərarın "mənəvi prinsiplər"ə görə qəbul olunduğunu ifadə edib.

"Əgər İran kütləvi qırğın silahı istehsal etmək istəsəydi, nüvə silahındansa kimyəvi və ya bakterioloji silah düzəltmək daha asan olardı" - prezident Ruhani belə deyib. Daha əvvəl İranın ali dini lideri ayətullah Əli Xamneyi İranda nüvə silahının istehsalını qadağan edən fətva vermişdi.





AzNews.az