07:31
(077) 610-22-33

Rusiyada ukraynalılara dəstək aksiyası keçirilir

  • >
834 2 Mart 2014 18:42 | Region

Rusiyanın paytaxtı Moskvada və Sankt-Peterburq şəhərində ölkənin Ukraynaya hərbi müdaxiləsinə qarşı etiraz aksiyaları keçirilib.


Moskvada Manejnaya meydanında keçirilən aksiyaya yüzlərlə adam qatılıb. Bir neçə nəfərin saxlandığı bildirilir. Dünən Müdafiə Nazirliyinin binası önündə keçirilən aksiya zamanı isə 50-yə yaxın adam saxlanılmışdı.

"Qafqazinfo" BBC Russian-a istinadən xəbər verir ki, Sankt-Peterburqda isə hərbi müdaxiləyə qarşı nümayişdə 500-ə yaxın adam iştirak edib. Burada 20 nəfərin saxlanıldığı xəbər verilir.

Eyni zamanda, Sankt-Peterburqda "Vahid Rusiya" partiyasının yerli şöbəsi Rusiya Federasiya Şurasının qərarına dəstək aksiyası keçirib. Aksiya zamanı Federasiya Şurasının Rusiya prezidenti Vladimir Putinə Ukraynada Rusiya qoşunlarından istifadə etmək hüququ verən qərarına dəstək şüarları səsləndirilib. Həmin aksiyada 15 minə yaxın adamın iştirak etdiyi bildirilir.


AzNews.az
Bağla X