15:03
(077) 610-22-33

Erməni tələbə “Xocalıya ədalət” kampaniyasına dəstək verdi

  • >
724 3 Mart 2014 09:52 | Region

Erməni tələbə Nyukaslda "Xocalıya ədalət" kampaniyasına dəstək verib. Bunu Nyukasl Azerbaycan Telebe Cemiyyetinin sədri Orxan Seyidov deyib. O.Seyidov bildirib ki, fevralın 26-da təşkil etdikləri kampaniya universitetin ən böyük insan toplaşaın məkanında - Nyukasl Tələbə Birliyi (Student Union) binasının qarşısında təşkil edilib:

"Bu il Nyukasldakı tələbələrin sayının çox olduğunu nəzərə alıb "Xocalıya Ədalət" kampaniyasını geniş şəkildə təşkil etməyə qərar verdik. Kampaniya çərçivəsində petisiya da keçirdik və Böyük Britaniyanın dövlət qurumlarına, o cümlədən baş nazirinə müraciət etdik. Petisiyada 400 nəfərdən çox insan iştirak etdi. Tədbiri universitetin ən böyük insan toplaşaın məkanında - Nyukasl Tələbə Birliyi (Student Union) binasının qarşısında təşkil etdik".

Böyük Britaniyadakı Azərbaycan səfirliyinin tədbirə dəstək verdiyini bildirən O. Seyidov vurğulayıb ki, səfirlik Cəmiyyəti lazımi təbliğat-təşviqat materialları ilə təmin edib. Həmçinin qeyd etdi ki. Universitet də tent və stol-stulla təşkilatçıları təmin etməklə kampaniyaya öz təstəyini nümayiş etdirib.

"Qeyd etməliyəm ki, kampaniyanın təşkilində 35 nefer azərbaycanlı, gürcü və rus dostlarımız da köməklik göstərdilər. Əminliklə deyə bilərəm ki, tədbir uğurlu alındı. Kampaniya çərçivəsində 1000 nəfərdən çox insan məlumatlandırıldı və qeyd etdiyim kimi petisiyaya 400-dən çox imza toplandı. Mən deyərdim ki, bu, Böyük Britaniyada keçirilən ən böyük "Xocalıya ədalət" kampaniyalarından biri oldu. Ən maraqlısı isə o oldu ki, erməni əsilli bir tələbə kampaniyamıza dəstək verdi. Həmçinin kampaniyaya dünyanın müxtəlif ölkələrindən – Çin, CAR, Böyük Britaniya, Rusiya, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, BƏƏ, Hindistan, Fransa, ABŞ, Kanada, Malaziya və sairdən olan tələbələr dəstək verdilər", - O. Seyidov qeyd edib.

Orxan Seyidov onu da bildirib ki, "SOCAR"ın dəstəyi ilə daha bir tədbir keçirməyi planlaşdırırlar: "Bu dəfə ölkəmizin mətbəxini, mədəniyyətini, musiqisini, tarixini, adət-ənələrini tanıtmaq məqsədi ilə "Azərbaycan gecəsi" təşkil etmək niyyətindəyik. Tədbirdə 200 nəfərdən artıq qonaq dəvət olunacaq və əsasən professorlar, universitetin idarə heyəti və xarici tələbələr təşkil edəcək. Qonaqlara Azərbaycanla bağlı təqdimat, milli rəqslərimiz, milli musiqimizlə yanaşı mətbəximizin ləziz təamlarından daqmaq imkanl yaradılacaq". (musavat.com)
Bağla X