23:23
(077) 610-22-33

Ruslar Ukrayna hərbi hissəsini ələ keçirdi: “Qumbaralardan istifadə etdilər”

  • >
1 363 3 Mart 2014 10:03 | Region

Rusiya xüsusi təyinatlıları Krımdadakı Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi hissəni ələ keçirib.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Ukrayna ordusunun Belbəy yaşayış məntəqəsində yerləşən 4515 saylı hərbi hissəsi rus hərbçiləri tərəfindən tutulub. Hərbi hissənin mühafizə bölüyünün əsgəri Roman Bereqovoy "Ukraynskoye pravda"ya bildirib ki, Rusiyaya məxsus xüsusi təyinatlı hərbi birləşmə 3 gün əvvəl briqadanı mühasirəyə alıb:

"Növbəti gün briqadanın aerodrom bölməsi ələ keçirildi. Bu gün isə ruslar qaravul bölməsinə hücum etdilər. Oranı ələ keçirmək üçün səsli və işıqlı qumbaralardan istifadə olundu. Əvvəlcə döyüşsüz təslim olmağımızı tələb etdilər. Biz imtina etdikdən sonra həmin əməliyyat keçirildi. Biz müqavimət göstərmədik. Çünki yuxarı komandanlıq bizə döyüş əmri verməyib".

Hərbçi deyib ki, Rusiya xüsusi təyinatlıları onlara məxsus bütün silahları müsadirə ediblər: "Biz təxribata yol vermədik. Qaravul və anbarları onlar ələ keçirdilər. Hazırda bütün hərbi hissə rusların nəzarətindədir. Yalnız hərbi hissənin qərargahı və Döyüş bayrağı rusların nəzarətində deyil. Biz hazırda qərargahı və Döyüş bayrağını qoruyuruq. Müdafiə mövqeyi tutmuşuq".

O əlavə edib ki, bütün bunlara baxmayaraq, hərbi hissənin şəxsi heyəti müqavimət göstərmək və döyüşmək əzmindədir.

Məhəmməd
AzNews.az
Bağla X