18:05
(077) 610-22-33

İsveçrədən çağırış: Ukraynada ATƏT-in missiyası təsis edilsin

  • >
5 193 3 Mart 2014 13:35 | Region

Ukraynaya ATƏT-in demokratik institutlar və insan haqları üzrə nümayəndəliyinin missiyası göndərilməlidir.

Trend-in verdiyi məlumata görə, bunu ATƏT-də sədrlik edən İsveçrənin xarici işlər naziri Didye Burkhalter deyib.

Onun sözlərinə görə, bu ölkədə baş verənlərə qiymət vermək üçün ATƏT-in əlaqələndirici qrupu təsis edilməlidir.

D.Burkhalter hadisələrin bütün iştirakçılarını ATƏT-in prinsiplərinə və Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

O qeyd edib ki, bazar ertəsi Vyanada ATƏT-in daimi şurasının iclasında Ukraynadakı hadisələr müzakirə olunacaq.

AzNews.az
Bağla X