10:26
(077) 610-22-33

Rusiya XİN: “ABŞ-ın hədələri qəbulolunmazdır”

  • >
672 3 Mart 2014 18:36 | Region

Rusiya Xarici İşlər Nazirliyi ABŞ dövlət katibinin Ukraynadakı hadisələrlə bağlı bəyanatlarına reaksiya verib.


APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, rəsmi Moskva Con Kerrinin Rusiyanın ünvanına səsləndirdiyi hədələri qəbulolunmaz adlandırıb.

"Kerri Ukraynada dövlət çevrilişi edənlərin yox, Rusiyanın cəzalandırılmasını tələb edir. Ancaq nədəndə məhz ABŞ və tərəfdaşlarının Maydan silahlılarının əməllərinə, siyasi rəqiblərini təhqir etmələrinə göz yumduqları haqda bir söz deyilmir. Vaşinqtonda Kiyevin yeni rejiminin 21 fevral anlaşmasını tapdalamasına da göz yumdular. İndi Qərbin tərəfdaşları rolunda pravoslav məbədləri və sinaqoqları dağıdan neonasistlər çıxış edir", - deyə Rusiya XİN-in bəyanatında vurğulanır.


AzNews.az
Bağla X