15:07
(077) 610-22-33

Rusiya Krımda nəzarəti tam ələ keçirib - VİDEO

  • >
948 3 Mart 2014 21:37 | Region

Rusiya Krımda nəzarəti tam ələ keçirib.

Bu səhər daha bir hərbi hissənin zəbt olunduğu və rus hərbçilərin orada xidmət keçən zabitlərə, ya ordudan tərxis olunması barədə ərizə yazmağa, ya da Krım hökumətinə sədaqət and içməyə məcbur etdiyi deyilir. Ən son məlumatlar görə Krım hökumətinə tərəf keçən ukraynalı hərbçilərin sayı 3 min nəfəri ötüb.

"İtar-Tass" agentliyinin məlumatına görə, artıq bir çox yüksək rütbəli hərbçilərlə danışıqlar edir. Ukrayna Hərbi Dəniz qüvvələrinin komandanı Denis Berezovski Krım tərəfə keçib.
Xüsusi statusa malik Simferopol şəhərinin Krım muxtar respublikası ərazisinə daxil edilməsilə bağlı məsələ gündəmə gətirilib. Hansı ki, bu şəhərdə strateji obyektlərə nəzarəti Rusiya hərbçiləri həyata keçirir. Krımın Moskva saatına keçməsi ilə bağlı təkliflər də səslənib. Rus ordusunun yarımadada mövcudluğunu dəstəkləyənlər kimi, buna qarşı çıxanlar var.

Simferopol sakini, Timur Şatalov: "Onlar Krıma bizi son zamanlar regionda sürətlə yayılan qərbi Ukrayna faşizmindən müdafiə etmək üçün gəlib. Mən fikirləşirəm ki, biz onlara sülhməramlılar deyə bilərik."

Odessada isə mitinq iştirakçıları şəhər şurasının binasını ələ keçirərək bu şəhərə muxtariyyət verilməsi ilə bağlı təcili referendum keçirilməsini tələb ediblər. Ukraynanın baş naziri Arseni Yasenyuk Krımı Rusiyaya güzəştə getməyəcəklərini bəyan edib.(ANS)

Bağla X