Tərəflər delimitasiya və demarkasiya məsələlərini müzakirə edəcəklər Tərəflər delimitasiya və demarkasiya məsələlərini müzakirə edəcəklər

Putinlə Yanukoviç Soçidə görüşür

Tərəflər delimitasiya və demarkasiya məsələlərini müzakirə edəcəklər


Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə ukraynalı həmkarı ilə görüşəcək. AzNews.az-ın vesti.ru satına istinadən verdiyi xəbərə görə işgüzar səfərdə tərəflər əsasən delimitasiya və demarkasiya məsələlərini müzakirə edəcəklər. Əsas məsələ isə, su sərhədlərinin müəyyənləşdirilməsidir.

Qeyd edək ki, iyulun 12-də Yaltada Rusiya-Ukrayna dövlətlərarası komissiyanın 5-ci iclası keçirilib. Həmin iclasda hər iki ölkənin birinci şəxsləri iştirak ediblər. Yalta görüşündə bir sıra ikitərəfli əlaqələr baxımından əhəmiyyətli sənədlər imzalanıb. Bunların başında isə Rusiya-Ukrayna strateji tərəfdaşlıq bəyannaməsi gəlir.

Qeyd edək ki, ötən ul iki ölkə arasında ticarət dövriyyəsi 55 milyard dollar təşkil edib. Ümumiyyətlə isə Ukrayna Rusiyanın 5-ci ən böyük ticarət tərəfdaşıdır.

Sadiq
AzNews.az