ABŞ Rusiya ilə ticarət və hərbi əməkdaşlığı dayandırdı- Gərginlik

ABŞ Ukraynada baş verənlərlə bağlı Rusiya ilə hərbi əməkdaşlığı dayandırır.

AzNews.az-ın məlumatına görə, Rusiyanın Ukraynaya qarşı ərazi iddiası və Krımda baş verənlərlə bağlı ABŞ rəsmi Moskva ilə ticarət və investisiya, o cümlədən hərbi əməkdaşlığı dayandırmaq qərarına gəlib.

ABŞ Ticarət İdarəsinin Rusiyadakı Nümayəndəliyinin rəsmi açıqlamasında bildirilib ki, ABŞ hökuməti bununla bağlı qərarını qətiləşdirib.

Pentaqonun mətbuat xidmətinin rəhbəri kontr-admiral Jon Kirbi də ABŞ-ın Rusiya ilə əməkdaşlığının dayandırması ilə bağlı xəbərini təsdiqləyib.

Məhəmməd
AzNews.az