Polis 191 falçını saxlayıb

İranın Daxili İşlər Nazirliyinin cinayət və axtarış polisləri saxtakarlıq və fırıldaqçılığla məşğul olan 191 nəfəri saxlayıb. Onlar falçılıq yolu ilə əhalidən külli miqdarda pul mənimsəməkdə ittiham olunub.

Saxlanılanlardan 112 nəfərinin həbs edilməsi barədə məhkəmə qərarı artıq çıxarılıb. Həbs olunanlardan 90 nəfəri kişi, 22 nəfəri isə qadındır. AzNews.az-ın Tehran polisinə istinadən verdiyi məlumata görə, onlar 1il müddətində 1 milyon dollardan çox gəlir əldə ediblər. Falçlar əsasən dua yazmaq, əl falına baxmaq və tas atmaqla məşğul olublar.

Alpər
AzNews.az