14:39
(077) 610-22-33

Estoniyanın baş naziri istefa verdi

  • >
711 4 Mart 2014 13:15 | Region

Estoniyanın Baş naziri Andrus Ansip hökumətin növbədənkənar iclasında öz istəyi ilə istefaya getdiyini bildirib. Trend-in çərşənbə axşamı "İnterfaks"a istinadən verdiyi məlumata görə, ölkə qanunvericiliyinə əsasən, A.Ansipin başçılıq etdiyi hökumət də istefaya gedir.

Yeni hökumət formalaşanadək A.Ansipin rəhbərlik etdiyi Nazirlər Kabineti fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, A.Ansip 2005-ci ildən Baş nazir vəzifəsində çalışırdı.
Ölkə Prezidenti 14 gün ərzində yeni Baş nazirin adını açıqlamalı və yeni hökuməti formalaşdırmalıdır.

AzNews.az
Bağla X