06:02
(077) 610-22-33

Putin Yanukoviçin ölüm xəbərindən və məğlubiyyətindən danışdı- (Yenilənib- 5)

  • >
10 449 4 Mart 2014 15:08 | Region

Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq Ukraynada baş verənlərə münasibət bildirir.

O, Viktor Yanukoviçin fevralın 21-də böhranın nizamlanması haqqında sazişi imzalamaqla Ukraynada hakimiyyəti faktiki olaraq təhvil verdiyini bildirib.(14.57)

***

Rusiya prezidenti Vladimir Putin Krıma qoşun yeridilməyəcəyini bildirib.

AzNews.az-ın məlumatına görə, bunu V. Putin Rusiya mediası üçün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Ukraynaya hərbi müdaxiləyə ehtiyac yoxdur: "Qonşu ölkələrə ordu yalnız ən son vəziyyətdə yeridilə bilər".

Putin əlavə edib ki, lakin Ukraynanın legitim prezidenti Viktor Yanukoviç bununla bağlı Rusiya rəhbərlərinə müraciət edib.

Sadə ukraynalının Kravçukun, Kuçmanın, Yanukoviçin zamanında da əziyyət çəkdiyini deyən V. Putin Ukraynada baş verən son hadisələr və "Maydan" hərəkatı haqqında da danışıb: "Ukraynadakı inqilabın əsas səbəblərindən biri korrupsiyadır. Əlbəttə korrupsiya keçmiş SSRİ ölkələrində də var. Ancaq etirazları bununla bağlamaq düzgün deyil.

Fikrimcə, postsovet ölkələrində belə halları stimullaşdırmaq olmaz. Hansı ki, bu ölkələrdə iqtisadi-siyasi vəziyyət çox da güclü deyil. Bu ölkələrdə bütün proseslər Konstitusiyanın tələblərinə uyğun həyata keçirilməlidir. Qanunlardan kənara çıxmaq ciddi səhvdir".

Putin Ukraynanın yeni hökumətinin kadr islahatlarını da tənqid edib.

Rusiya prezidenti Ukraynada baş verənləri dövlət çevrilişi adlandırıb və V. Yanukoviçin faktiki olaraq hakimiyyəti təslim etdiyini bildirib:

"Yanukoviçin ikinci dəfə prezident seçilməsi üçün şansı qalmayıb. Yanukoviç o bədbəxt aksiya iştirakçılarına atəş açmaq üçün hər hansı qeyri-qanuni göstəriş verməyib".(15.24)

***
Rusiya üçün Krım Muxtar Respublikasının ilhaq edilməsi məsələsi gündəmdə deyil.

AzNews.az-ın məlumatına görə, bunu V. Putin Rusiya mediası üçün keçirdiyi brifinqdə deyib.

V. Putinin sözlərinə görə, Rusiyanın nəinki yarımadada, ümumiyyətlə Ukraynada hər hansı separat hərəkatı dəstəkləmək niyyətindən uzaqdır.

Prezidentin fikrincə, ölkənin taleyini bu bölgənin vətəndaşlar müyyənləşdirə bilərlər.

Jurnalistlərin sualını cavablandıran V. Putin əlavə edib ki, Rusiya hərbi qüvvələrinin Krıma girişinə də ehtiyac duyulmur.

Ukraynada son aylar baş verənləri qanunsuzluq adlandıran Putin adıçəkilən ölkədəki mövcud hakimiyyətin legitimliyini tanımadığını vurğulayıb.(15.41)

***

"Krımdakı hərbi geyimli şəxslər yerli özünümüdafiə dəstələrinin nümayəndələridir".

AzNews.az-ın məlumatına görə, bunu V. Putin Moskvada keçirdiyi brifinqdə deyib.

Putin bildirib ki, Kiyevdə özünümüdafiə qüvvələri kimi təqdim olunan dəstələrin təlimi və formalaşdırılması Litva və Polşada həyata keçirilib.
Prezident əlavə edib ki, Kiyevdəki özünümüdafiə dəstələri çox hazırlıqlı olublar: "Belə olan təqdirdə niyə düşünürsünüz ki, Krımda bu cür hazırlıqlı şəxslər ola bilməz". (16.02)

***

Prezident Vladimir Putin Ukraynanın istefaya göndərilən və hazırda Rusiyada mücariətdə yaşayan dövlət başçısı Viktor Yanukoviçin ölüm xəbərinə münasibət bildirib.

AzNews.az-ın məlumatına görə, bunu V. Putin Moskvada keçirdiyi brifinqdə deyib.

V. Putin deyib ki, V. Yanukoviçlə iki gün əvvəl görüşüb: "Viktor Yanukoviç Rusiyaya gələndən sonra onunla cəmi bir dəfə görüşə bilmişəm. Bu görüş də iki gün əvvəl baş verib. Yanukoviç sağ və salamatdır. O hələ belə məlumatları yaynaların dəfnində iştirak etmək istəyir".

"Yanukoviçin vəziyyətinə acıyırsınızmı?" sualını V. Putin belə cavablandırıb: "Mənim başqa hislərim var. Prezident seçilən insanın özünəməxsus məəsuliyyəti var. Bu onu seçənlərin, etibar edənləri təəssüfləndirməməkdir. Analiz etmək lazımdır. Yanukoviç ona verilən şansdan, qanundan və seçicilərin mandatdan lazımınca yararlana bildimi?".

AzNews.az
Bağla X