18:48
(077) 610-22-33

Ukrayna Yanukoviçin ekstradisiyasını tələb etdi

  • >
518 4 Mart 2014 16:08 | Region


Ukrayna Təhlükəsizlik Xidməti Rusiya (UTX) Federal Təhlükəsizlik Xidmətinə (FTX) müraciət edərək, istefaya göndərilən prezident Viktor Yanukoviçin ölkəsinə ekstradisiya olunmasını istəyib.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə açıqlamanı UTX-nın rəisi Valentin Nalivayçenko verib.

Xüsusi xidmət idarəsinin rəhbəri V. Yanukoviçin ölümü ilə bağlı xəbərləri də təkzib edib. V. Nalivayçenko bildirib ki, V. Yanukoviç ölkəsinə qaytarılmalı və Ukrayna qanunları ilə ədalətli şəkildə mühakimə olunmalıdır.

Məlumatda o da qeyd olunub ki, Ukraynanın Baş Prokurorluğu da V. Yanukoviçin ölkəsinə ekstradisiyası ilə bağlı Rusiyanın adiyyatı qurumuna müraciət edib.

Xatırladaq ki, "Maydan" hərəkatı zamanı hökumətə edilən təzyiqlərə dözməyərək, ölkəsini tərf edən V. Yanukoviç barəsində Ali Rada impiçment qərarı çıxarılıb. Daha sonra isə dinc vətəndaşların qətlində və iqtisadi cinayətkarlıqda günahlandırılan V. Yanukoviç Rusiyaya mühacirət edib.

Məhəmməd
AzNews.az
Bağla X