Ermənistana yeni MİQ-29 təyyarələri gətirilib

Ermənistanda Rusiyaya məxsus Erebuni cənub hərbi bazası təmirdən sonra istifadəyə verilib. Və yeni bazanın təkmilləşdirilməsi üçün bura Rusiyadan dördüncü nəsil MİQ-29 qırıcı təyyarələri gətirilib. Hazırda həmin təyyarələr sınaqdan keçirilir.

ANS PRESS-in məlumatına görə, Rusiyanın Ermənistandakı hərbi bazasının da təmirdən sonra nə qədər yararlı olması yoxlanılır.

Qeyd edək ki, rusların Ermənistandakı MİQ-29 qırıcı təyyarələri bu ilin əvvəlindən 50 dəfə hərbi təlimlər keçirib.


AzNews.az