23:40
(077) 610-22-33

Kerri və Lavrov Parisdə Ukraynadan danışacaq

  • >
411 5 Mart 2014 10:13 | Region


Bu gün Fransanın paytaxtı Parisdə ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçiriləcək.

AzNews.az-ın məlumatına görə, görüşdə Ukraynada baş verən hadisələr, Krım Muxtar Respublikasındakı vəziyyət müzakirə olunacaq.

Xatırladaq ki, ABŞ rus hərbçilərinin Krıma daxil olmasını işğal, Rusiya isə bu əməliyyatı qanunauyğunluq kimi dəyərləndirir.

Rusiya prezidenti Vladimir Putin ötən gün keçirdiyi mətbuat konfransında Ukrayna ilə bağlı mövqeyində düz olduqlarını sübut etməyə çalışıb. ABŞ prezidenti Barak Obama isə baş verənləri Rusiyanın işğalçılıq siyasəti kimi xarakterizə edib.

Məhəmməd
AzNews.az
Bağla X