İrandakı zəlzələdə nə qədər adam ölüb? - Statistika

Iranın "Mehr" xəbər agentliyi avqustun 11-də İranın Şərqi Azərbaycan vilayətində baş verən 6,2 bal gücündəki zəlzələdə ölənlərin statistikasını açıqlayıb.

AzNews.az-ın məlumatına görə, zəlzələ nəticəsində 72 uşaq həlak olub. Onların 70-nin yaşı 18-dən aşağıdır. 10-19 yaşlarında 10, 20-39 yaşlarında 54, 40-59 yaşlarında 38, 60-79 yaşlarında 58 nəfər təbii fəlakətin qurbanı olub.80 yaşından yuxarı 24 adam ölüb. 82 nəfərin yaşı 60-dan yuxarı olub.

Təbii fəlakət nəticəsində ölən 306 nəfərdən 258-i Qaradağ mahalındandır. Onlardan 171-i qadın, 87-si kişidir. Ölənlərin 63.5 faizini qadınlar təşkil edir.

Bahadur Eyuboğlu
AzNews.az