19:25
(077) 610-22-33

Ukraynanın NATO-ya üzv olması ilə bağlı sənəd qeydə alındı

  • >
864 5 Mart 2014 14:56 | Region

Ali Radada Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyən qanun layihəsi qeydə alınıb.

AzNews.az-ın Ali Radanın rəsmi saytına istinadən verdiyi məlumata görə, qanun layihəsi özündə Ukraynanın təhlükəsizliyini və milli maraqlarının prioritetlərini ehtiva edir.

Həmçinin, layihədə Ukraynanın daxili və xarici siyasi prinsiplərində dəyişikliklər də öz əksini tapıb.

Qanun layihəsinin müəllifləri "Batkivşinı" fraksiyasının deputatları Aleksandr Çornovolenko, Valentin Korolyuk və Boris Tarasyukdur.

Xatırladaq ki, Ukrayna Avropa İttifaqına və NATO-ya inteqrasiyası məsələsi son 10 ildir gündəmdədir. Artıq yeni hökumətdə baş nazirin Avropaya inteqrasiya üzrə müavini postu da yaradılıb.

Hazırda Rusiyanın təzyiqlərinin kökündə də Ukraynanın qərbə inteqrasiyası durur. Rusiya 300 illik müttəfiqinin qərbə yönəlməsini qəbul edə bilmir.

AzNews.az
Bağla X