Türkiyədə zəlzələ

Türkiyənin Van vilayətində Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ baş verib.

Boğaziçi Universiteti yanında Qəndilli Rəsədxanası və Seysmoloji Araşdırmalar İnstitutunun məlumatına görə, zəlzələ çərşənbə günü yerli vaxtla saat 14:03-də 4 kilometr dərinlikdə baş verib. Zəlzələnin episentri vilayətin Mollaqasım kəndində olub.

Zəlzələ yerli sakinlər arasında təşvişə səbəb olub.

İlkin məlumatlara görə, dağıntı və tələfat yoxdur.

AzNews.az