18:41
(077) 610-22-33

Sanksiyalar tətbiq edilən Ukrayna məmurlarının Siyahısı

  • >
554 6 Mart 2014 10:07 | Region

Avropa İttifaqı sanksiyaların tətbiq edildiyi Ukrayna məmurlarının siyahısını açıqlayıb. Sənəd Aİ-nin "Rəsmi jurnal"ında dərc edilib.

Trend-in məlumatına görə, siyahıda 18 nəfərin adı var: Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviç, sabiq Baş nazir Nikolay Azarov, Daxili İşlər və Ədliyyə nazirliklərinin keçmiş rəhbərləri Vitali Zaxarçenko və Yelena Lukaş, Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Aleksandr Yakimenko, sabiq Baş prokuror Viktor Pşonka, Prezident Administrasiyasının sabiq rəhbəri Andrey Klyuyev və onun müavini Andrey Portnov, Yanukoviçin övladları - Aleksandr və Viktor. Siyahıda digər məmurların da adları var.

Xəbər verildiyi kimi, göstərilən şəxslər barəsində sanksiyalar martın 5-də Aİ Şurası tərəfindən təsdiqlənib. Martın 3-də isə sanksiyalar Aİ XİN rəhbərləri ilə razılaşdırılmışdı.

Sanksiyalar Ukraynanın lazım olmayan şəkildə mənimsənmiş dövlət vasitələrinin dondurulmasını və yerinin doldurulmasını nəzərdə tutur.
Sanksiyalar martın 6-da qüvvəyə minir və 12 ay ərzində tətbiq ediləcək.

AzNews.az
Bağla X