04:24
(077) 610-22-33

Fətullah Gülənin xocası Ərdoğanı müdaifə etdi

  • >
613 6 Mart 2014 10:36 | Region

Fəthullah Gülənin xocası Kırkıncı Ərdoğanı müdafiə edib.

Anspress-in xəbərinə görə, Gülən Camaatının rəhbəri Fətullah Gülənin xocası hesab edilən Səid Nursinin tələbəsi Məhmət Kırkıncı ölkədəki mövcud vəziyyəti və tərəflər arasındakı "qarşıdurma"nı dəyərləndirib.

Fəthullah Gülənin müəllimi və Səid Nursinin tələbəsi Məmməd Qırxıncı müəllim yaşanan müddəti qiymətləndirdi.

Məhmət Kırkıncı internet saytından bunları açıqlama verib: "Dinimizdə dövlətə qarşı qiyam və fitnə çıxarmaq qadağandır. Öz mənfəətlərini vətənin və millətin mənfəətinə dəyişən biri vətən və millətinə xəyanət etmiş hesab edilir".

Məhmət Kırkıncı mövzuya ayə ilə nümunə gətirərək fitnəni cinayətə bənzədib. Peyğəmbərimizin ədalətli olmayan dövlət idarəçilərinə belə üsyan etməyi qadağan etdiyini bildirən Kırkıncı daha sonra kirini bu cür davam etdirib: "Peyğəmbərimiz Müsəlmanları hər cür üsyan və fitnə-fəsad törətməyi, nifaqdan qaçınmağa çağırıb. Qurani-Kərim nəinki zülm etməyi, zülmə meyl etməyi və razılıq göstərməyi də qadağan edib. Dövlətin nizamı itaətə bağlıdır".


AzNews.az
Bağla X