19:39
(077) 610-22-33

Krımda oğurlanan general-polkovniklə bağlı açıqlama

  • >
3 056 6 Mart 2014 10:56 | Region

Krımda rus separatçıları tərəfindən oğurlandığı iddia olunan Ukrayna Dövlət Sərhəd Xidmətinin (DSX) general-polkovnik azad edilib.

AzNews.az-ın "İnterfaks-Ukrayna"ya istinadən verdiyi məlumata görə, DSX-nın mətbuat xidmətindən bildirilib ki, bir müddət əvvəl Krım Muxtar Respublikasının Yalta şəhərində naməlum şəraitdə oğurlanan Sərhəd Qoşunları general-polkovniki Mixail Kovalla əlaqə yaratmaq mümkün olub.

DSX-dan deyilib ki, aparılan zəruri tədbirlər nəticəsində M. Koval azad olunub: "Onun vəziyyəti normaldır və Krımda xidmətini davam etdirir"

Məlumatda xatırladaraq bildirilir ki, M. Koval martın 5-də Ukrayna DSX-nın Su Sərhəd Mühafizəsinin Yaltadakı divizionunun yaxınlığında 40 nəfər silahlı şəxs tərəfindən oğurlanıb.

Məhəmməd
AzNews.az
Bağla X